Azərbaycanın “Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti matçını keçirib.

Offsideplus.az xəbər verir ki, komanda A qrupunda üçüncü matçında Çexiya təmsilçisi “Veşka Olomuç"la qarşılaşıb.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. "Zəngəzur"un qolunu 27-ci dəqiqədə Haqverdi Həsənov vurub. Bu nəticə ilə "Zəngəzur" A qrupunu 2-ci pillədə tamamlayıb və pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, “Zəngəzur” qrupun ilk iki turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib, Yunanıstan klubu TMT ilə 3:3 hesablı heç-heçə edib.