Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov “Zirə” minifutbol komandasının Çempionlar Liqasındakı nəticələrini yüksək qiymətləndirib.

Offsideplus.az xəbər verir ki, Məmmədov bunu qitəmiqyaslı turnirdə bürünc medal qazanan kollektivi qəbul edərkən söyləyib.

O, futbolçuları təbrik edib, növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb.

Ardından baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib. Sonda komanda üzvləri ilə xatirə şəkili çəkdirilib.

“Zirə” Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yer uğrunda görüşdə yerli AEK klubunu 5:1 hesabı ilə məğlub edib.