“Zəngəzur” minifutbol komandası Bolqarıstanda keçirilən Avropa Kubokunda ilk matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi açılış oyununda yerli “Qalaktiko Vratsa” ilə qarşılaşıb.

Matç “Zəngəzur”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Zəngəzur" - “Qalaktiko Vratsa” - 2:0
Qollar: Elməddin Hüseynzadə, 31, Haqverdi Həsənov, 39

Qeyd edək ki, “Zəngəzur” sentyabrın 14-də qrup çərçivəsində daha iki oyun keçirəcək. Azərbaycan komandası saat 10:00-da Yunanıstan TMT-si, 18:00-da isə Çexiya “Veşka Olomuç”u ilə üz-üzə gələcək.