AFFA-nın təşkilatçılığı ilə Hakimlər Komitəsi tərəfindən jurnalistləri üçün seminar keçiriləcək.
Offsideplus.az xəbər verir ki, tədbir sentyabrın 13-də, Bakı Olimpiya Stadionunda baş tutacaq.
Seminarda oyun qaydalarına edilmiş dəyişikliklər haqda məlumat veriləcək, ən son yeniliklər media nümayəndələrinin diqqətinə çatdırılacaq. İdman jurnalistləri Paşa Sığorta VAR otağında AFFA VAR Mərkəzinin iş rejimi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Seminar çərçivəsində media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılacaq.