Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığma komandası Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB oyunlarında çıxışını başa vurub.

Offsideplus.az xəbər verir ki, İlqar Aslanovun baş məşqçi olduğu komanda son oyununda Rusiya yığması ilə üz-üzə gəlib.

Görüş rəqibin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Milli komandanın heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub.