Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən 2-ci MDB Oyunlarında yenidən finala vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, o, pnevmatik tapançadan 25 metr məsafəyə atəş açmaqda ən yaxşılar sırasına düşməyi bacarıb.

Gənc atıcı 567 xal toplayaraq buna nail olub.

Xatırladaq ki, Leyli Əliyeva iki gün əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmaqda qızıl medal qazanıb.