AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyev veteran futbolçu, milli komandamızın sabiq üzvü, "Neftçi", "Qarabağ" kimi klublarda oynamış futbolçu Bəxtiyar Musayevlə görüş keçirib.

Offsideplus.az xəbər verir ki, baş katib Musayevi 50 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Yubilyar göstərilən diqqətə görə AFFA rəbhərliyinə minnətdarlığını bildirib.