Bu gün Azərbaycan İdman İstedadları Akademiyası (ASTA) ilə İspaniyanın “Marset” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Offsideplus.az xəbər verir ki, sözləşməyə əsasən, "Barselona"nın “Marset” Futbol İnstutunun məşqçiləri İspaniyaya yollanacaq 2008-2009-cu il təvəllüdlü 50 gənc istedad arasından 15-ni seçəcək. Dörd il ərzində 15 azərbaycanlı uşaq ASTA-nın sponsorluğu ilə "Barselona" ilə əlaqəli olan "FA Marcet"də təhsil alacaq.
2024 və ya 2025-ci ildə "Marcet"in məşqçiləri 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında növbəti seçim keçirəcək.

İyulun 2-dək "Marset"in məşqçiləri Ragel Felipe və Rivero Arias Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi uşaqları seçəcək.