Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Nağı Səfərov açıq Avropa çempionatına və Həmrəylik turnirinə yollanacaq parataekvondo üzrə milli komanda ilə görüşüb.

 Offsideplus.az sözügedən Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın hazırkı durumu ilə maraqlanan ATF rəsmiləri Fransanın Montargis şəhərində keçiriləcək Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək yarışlarda parataekvondoçularımızdan uğurlu çıxış gözlədiklərini bildiriblər. Vitse-prezidentlər komandamızın qazanacağı medallarla azarkeşləri sevindirəcəyinə ümid etdiklərini qeyd ediblər.