Bu gün Bakıda taekvondo üzrə dünya çempionatı start götürəcək.
Offsideplus.az xəbər verir ki, yarışın ilk gününün püşkü atılıb. Püşkə əsasən Azərbaycan millisinin 1 idmançısının da rəqibi bəlli olub.
68 kq çəkidə dayaq üzərinə çıxacaq Cavad Ağayev mübarizəyə 1/32 finaldan qoşulacaq. O, bu mərhələdə Eldar Kurmanaliyev (Qırğızıstan) - Solomon Tefera (Efiopiya) cütünün qalibi ilə döyüşəcək.
Bakı Kristal Zalında keçiriləcək döyüşlərə saat 09:00-da start veriləcək. Yarışda yarımfinal görüşləri isə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. Mundialın rəsmi açılış mərasimi saat 16:30-da start götürəcək. Yarış iyunun 4-dək davam edəcək.