Qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş üzrə yarışın final mərhələsində qızıl medala Böyük Britaniya atleti Şona Makintoş sahib olub.
Offsideplus.az xəbər verir ki, İngiltərə tarixinin ən uğurlu qadın tüfəng atıcısı yerli mətbuata açıqlamasında Bakı küləyindən danışmaqla yanaşı, ailəlikcə bu idman növü ilə məşğul olduqlarını bildirib:
“Azərbaycana dördüncü səfərimdir. Qızıl medal qazandığıma görə sevincliyəm. Bakı bəyəndiyim şəhərdir. Bakı Atıcılıq Mərkəzindəki atəş meydanları da dünyada ən yaxşılardandır. Düzdür, hava çox küləkli idi. Amma bunun özü də bir əyləncədir. Bakının küləklər şəhəri olduğunu öncədən eşitmişdim. Əvvəl də ölkənizdə olduğum üçün artıq hava şəraitinə öyrəncəliyəm.
Biz ailəlikcə atıcıyıq. Atam, anam, hətta böyük bacım da bu idman növü ilə məşğul olur. Şəxsin məşqçim də elə atamdır.
Böyük Britaniya tarixinin ən uğurlu qadın tüfəng atıcısı olmağım məndə əlavə təzyiq yaratmır. Əksinə, bu, mənə özünəinam verir”.