Offsideplus.az Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışda qızıl medal qazanan Çin atleti Han Jiayunun fikirlərini təqdim edir:
“Qızıl medala sahib olduğuma görə sevincliyəm. Bakı Atıcılıq Mərkəzindəki atəş meydançaları olduqca yeni və baxımlıdır. Burada yarışmaq mənə zövq verir. Azərbaycanı da çox bəyənirəm. Xüsusən də insanlarını. Olduqca mehriban və qonaqpərvərdirlər.
Dünya kubokunda çinli atletlərin daha çox medal qazanmasının səbəbinə gəlincə, Bakıya səfər edən hər bir atıcımız təcrübəli və güclüdür. Mən də onlardan biriyəm. Məhz bu səbəbdən medallarımızın sayı çoxdur.
Komanda şəklində vətənə aparacağımız medal sayını dəqiq deyə bilmərəm. Dəqiq bildiyim odur ki, qızıl medalların sayı çox olacaq.
İstəyim odur ki, digər ölkələrdən olan atletlər də hədəfə çatsın, medal qazansın”.