Hannoverdə keçirilən Beynəlxalq turnir davam edir. 

Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət komanda yarışında iştirak edən millimiz (Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev) pnevmatik tapançadan 10 metrəyə atışda (P1) gümüş medal qazanıb.

Eyni zamanda millimizin üzvü Rafiq Əliyev yüksək nəticə göstərərək dünya çempionatına lisenziyanı qazana bilib.

Qeyd edək ki, turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya Çempionatında iştirak üçün lisenziya qazandırır.