Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanın yeniyetmə və uşaq qılıncoynadanları da mübarizə aparıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Səid Sultanlı 40 iştirakçı arasında 10 yaşadək oğlan sablyaçıların şəxsi yarışında qızıl medal qazanıb. Züleyxa Sultanlı isə 14 yaşadək 70 qız sablyaçının şəxsi mübarizəsində 5-ci yerə layiq görülüb.
Təmsilçilərimizdən Jasmin Vəliyeva isə 10 yaşadək sablyaçı qızların şəxsi yarışında əsas mərhələyə kimi yüksəlməyi bacarıb.