13-16 aprel tarixlərində Macarıstanın Şopron şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası yarışları yüksək nəticələrlə başa vuraraq vətənə dönüblər.

Offsideplus.az xəbər verir ki, Almaniya, Fransa, Macarıstan, Slovakiya, Xorvatiya kimi güclü komandaların da mübarizə apardığı turnurdə üzgüçülərimiz 14 qızıl medal, 8 gümüş medal, 10 bürünc medal qazanıblar.
 
18 idmançıdan ibarət komandanın üzvlərindən Məryəm Cavadova 3 qızıl, 1 gümüş medal, Oqtay Hüseynov 2 qızıl, bir gümüş, bir bürünc medal, Amin Orujli bir qızıl medal, Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc medal, Xumar Müstafayeva 1 qızıl, 1 bürünc medal, Daniyal Muhəmməd 2 qızıl medal, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc medal, Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc, Mehri Abdürrəhmanlı 1 gümüş medal, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc medal, Orxan Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə bürünc medal qazanıblar.