Yaponiyada fiqurlu konkisürmə üzrə dünya birinciliyi keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın yığmasının üzvü Vladimir Litvintsev qısa proqramda uğurla çıxış edərək 10-cu yeri tutub (82,71 xal).
Sabah o, sərbəst proqramda çıxış edəcək.
Qısa proqramda ən yaxşı nəticəni amerikalı İlya Malinin və cənubi koreyalı Ça Çunq Hvanı qabaqlayan yaponiyalı Sema Uno göstərib.