Azərbaycan idmançıları Portuqaliyanın Maya şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya kubokunda uğurla çıxış ediblər.

Offsideplus.az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında qızıl medala sahib çıxıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Xatırladaq ki, idmançılarımız ötən il keçirilən analoji yarışda bürünc medal qazanıblar.