Eyndhovendə taekvondo üzrə açıq Niderland çempionatı başlayıb.
Offsideplus.az xəbər verir ki, turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar.
Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.
Qeyd edək ki, yarışa martın 12-də yekun vurulacaq.