Bu gün FİFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, görüşdə FİFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, FİFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.
R.Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FİFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də, davam etdiriləcəyinə əminliyini ifadə edib.
FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov görüşdə iştirak edib.