Voleybol üzrə kişilər arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, ölkə çempionatında 3-cü dövrənin oyunları fevralın 14-də başlayacaq. Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və “Neftçi” komandaları arasında keçiriləcək.
Daha sonra “Xarı bülbül” və MOİK meydana çıxacaq. Bu görüş isə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, 7-ci turun matçları Voleybol Mərkəzində təşkil ediləcək.