Qadın taekvondoçulardan ibarət Azərbaycan millisi hazırlığını ölkə xaricində davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, yığma baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında Cənubi Koreyada təlim-məşq toplanışı keçəcək.

Qarşıdakı yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün hazırlıq prosesində 7 taekvondoçu iştirak edəcək. Məşqçilər korpusu səfərə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı aparıblar.

Bu gün Cənubi Koreyaya yollanan komanda fevralın 28-də vətənə dönəcək.