Voleybol üzrə qadınlar arasında Yüksək Liqada növbəti oyunların vaxtı dəqiqləşib. 

Offsideplus.az Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 3-cü dövrənin matçlarına fevralın 13-də start veriləcək.

Voleybol Mərkəzində təşkil olunacaq 7-ci turun ilk görüşü saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq.

Bu qarşılaşmadan iki saat sonra “Abşeron” – UNEC dueli start götürəcək.