Özbəkistanın paytaxtı Daşkənddə qılıncoynatma üzrə Dünya Kubokunun mərhələ yarışı davam edir.
Offsideplus.azxəbər verir ki, yarışın sonuncu günündə komanda yarışı baş tutacaq.
Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviçdən ibarət Azərbaycan millisi 1/8 finalda Kanada yığması ilə üz-üzə gələcək.
Bu görüşdən qalib ayrılan tərəf 1/4 finalda Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki, fərdi yarışda Azərbaycan qılıncoynadanlarından heç biri medal qazana bilməyib.