Klublararası dünya çempionatının 3-cü yer uğrunda keçiriləcək görüşü Mərakeşin Rabat şəhərindən başqa məkana köçürülüb.
Offsideplus.az xəbər verir ki, Misirin "Əl-Əhli" və Braziliyanın "Flamenqo" klubları arasındakı görüş Tanjer şəhərində baş tutacaq.
Buna səbəb təşkilatçıların “Real” (Madrid) və “Əl-Hilal” komandaları arasında keçiriləcək final matçı üçün “Prins Mulay Abdellah” stadionunun meydançasını yaxşı vəziyyətdə saxlamaq istəməsidir.