Türkiyə yığmasının üzvü Merih Demiral ölkəsində baş verən zəlzələdən zərərçəkənlərə kömək üçün hərraca çıxardığı Kriştiano Ronaldo, Paulo Dibala və Leonardo Bonucinin formalarından 5 milyon Türkiyə lirəsi (451 min 328 manat) əldə edib.
Offsideplus.az xəbər verir ki, bu barədə 24 yaşlı müdafiəçi özü açıqlama yayıb.
O, 3 formanın hərracda satışından ümumilikdə 5 milyon türk lirəsi qazanıldığını bildirib. Həmin məbləğ zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə göndərilib.