Portuqaliyanın Almada şəhərində keçirilən qran-pri turnirinin ikinci günündə azərbaycanlı cüdoçu medal qazanıb. 

Offsideplus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev yarışı gümüş medalla başa vurub.

Xatırladaq ki, idmançımız 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanmışdı.