Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Murov” - UNEC oyunu keçirilib. 

Offsideplus.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşma Vüqar Əliyevin komandasının qələbəsi ilə yekunlaşıb. İlk hissədə 25:12 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb - 25:12, 25:9.

Qeyd edək ki, II turdan sonra aktivində 6 xalı olan “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC-in isə xalı yoxdur.

22 yanvar

Yüksək Liqa (qadınlar)

II tur

“Murov” – UNEC 3:0 (25:12, 25:12, 25:9)