Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış kuboku" yarışında qızıl medal qazanıb.
Offsideplus.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutmuşdu.
Qeyd edək ki, yarışa dekabrın 12-də yekun vurulacaq.