“Champions Chess Tour” seriyasının final turnirinin qalibi adına norveçli şahmatçı Maqnus Karlsen layiq görülüb.

Offsideplus.az xəbər verir ki, dünya çempionu 6-cı raundda hindistanlı Rameşbabu Praqnanandhunu məğlub edib və vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

6 tura 17 xal toplayan Karlsen sona bir tur qalmış ən yaxın izləyicisi amerikalı şahmatçı Uesli So (12 xal) üçün əlçatmaz olub.

Qeyd edək ki, turnirdə iştirak edən təmsilçimiz - Şəhriyar Məmmədyarov isə 6 xalla 6-cı pillədə yer alıb.