“Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədov ARB24 kanalında yayımlanan “Oyundankənar” verilişinin qonağı olub.
Offsideplus.az xəbər verir ki, o, proqram zamanı bir sıra vacib məsələlərə toxunub.
Milli komandanın AFFA rəhbərliyi tərərindən düzgün idarə edilmədiyini bildirən Əhmədov yığmanın baş məşqçisi Canni de Byazinin futbolumuza lazım olmadığını söyləyib. Mütəxəssis Hakimlər Komitəsinin keçmiş rəhbəri Frits Ştuxlik barədə də sərt fikirlər bildirib. Maşallah Əhmədov “Kəpəz” klubunda başverənlərə də biganə qalmayıb. Veteran futbolçu qərb təmsilçisinin rəhbərliyinin fəaliyyətindən narazılığını bildirib.