1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb.

Offsideplus.az xəbər verir ki, ikinci yarış günündə körpücük üzərinə son olaraq ən ağır çəkili idmançılar çıxıblar.  
 
Yaşı 20-yə qədər olan idmançılar arasında 96 kq-da toplam 248 kq (117+131) nəticə göstərən Canəli Əsədov, 109 kq-da isə toplam 250 kq (1110+140) nəticə ilə Fuad Hümbətli qızıl medal qazanıblar.  
 
Yaşı 23-ə qədər olan idmançılar arasında isə 102 kq-da fəxri kürsünün ən yüksək pilləsinə toplam 249 kq (112+137) nəticə ilə Əliş Nəzərov qalxıb.