Bu sözləri İctimai Radioda yayımlanan “İdman gündəliyi” verilişinə açıqlamasında millimizin sabiq üzvü Mahir Şükürov deyib.

Offsideplus.az xəbər verir ki, o, Gürcüstan, Qazaxıstan kimi ölkələrə nisbətdə futbolumuzun inkişaf etmədiyini vurğulayıb. Mahir Şükürov qeyd edib ki, bunun səbəbi aşağı yaş qruplarında məşqçilik edən şəxslərin çoxu futboldan kənar adamlardır. Sabiq müdafiəçi 19 yaşlılardan ibarət milli komandamızın uğursuz nəticəsini də bununla bağlayır.

Qeyd edək ki, Mahir Şükürov milli komandamızın heyətində 76 oyun keçirib, 4 qolun müəllifi olub.