Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas mərhələsinə hazrlıq məqsədi ilə yoxlama oyununda qüvvəsini sınayıb.
Offsideplus.az xəbər verir ki, millimiz Qazaxıstanla qarşılaşıb. Aktaudakı "Halyk Arena"da baş tutan oyunda Joze Alesio Da Silvanın yetirmələri 3:5 hesabı ilə məğlub olub.
Yığmamızın qollarını 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurublar.
Qeyd edək ki, tərəflər arasında növbəti matç sentyabrın 20-də keçiriləcək.