“Zəfər Kuboku”nda 4-cü turun oyunları bu həftənin şənbə və bazar günləri baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, şənbə günü saat 21:00-da "Balaxanı" FK "Topçular" FK-nı qəbul edəcək. 3-cü turdan sonra hesablarına 9 xal yığmaqla qrup liderliyini təmin etmiş "Topçular FK" məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək əzmindədir.

Bazar günü saat 19:30-da "Atletik Bakı" "Xocavənd" FK-na qarşı oynayacaq. "Xocavənd" FK bu mərhələdə növbəti qələbəni qazanmaqla qrup ikinciliyini qorumağa çalışacaq 

Bazar günü saat 21:00-da "Çinar Zəngilan" – "Gənclər FM" qarşılaşması baş tutacaq. Görüşdə “zəngilanlılar” böyük top fərqi ilə qalib gəldiyi təqdirdə qrup ikinciliyini yüksələ bilərlər. 

Xatırladaq ki, oyunlar “Şəfa” stadionun 4-cü meydanında həftə sonu axşam saatlarında (19:00-21:00) keçirilirir. Giriş pulsuzdur.

WhatsApp Image 2022 09 15 at 17.31.23