Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, İtaliyanın Kalyari şəhərində keçirilən oyunda Polşa yığması ilə qarşılaşan komandamız 6:2 hesablı qələbə qazanıb. Millimizin heyətində Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib. Komandamız sabah 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq.

Sabahkı oyunun nəticədən asılı olmayaraq, millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək çimərlik futbolu üzrə üçüncü Avropa Oyunlarına vəsiqə qazanıb.