Peşəkar Futbol Liqasının (PFL) loqosu dəyişdiriləcək.

Offsideplus.az xəbər verir ki, qurum bununla bağlı loqotip dizaynı müsabiqəsi elan edib. Bildirilib ki, yeni loqo hazırlandığı zaman onun Peşəkar Futbol Liqasının səlahiyyətlərinə uyğun olaraq, xüsusən, Azərbaycan futbolu ilə bağlı müxtəlif sahələrdə, məhsulların üzərində, tədbirlərdə istifadə olunacağı nəzərə alınmalı, təqdimat versiyası 1 mb-dən az olmamalı, tələb olunan format PNG və ya JPEG olmalıdır. 

Məlumatda qeyd olunub ki, iştirakçıların dizayn təqdimetmə sayında məhdudiyyət yoxdur, amma bu zaman xüsusi diqqət edilməli məqam nümunələrin təkrarlanmamasıdır. Loqotipin müəllif hüquqlarını pozmamalı olduğu, indiyədək haradasa istifadə olunmuş loqoların qəbul edilməyəcəyi vurğulanıb. 

PFL qalib gəlmiş loqotipə qismən dəyişiklik etmək, uyğunlaşdırmaq hüququnu özündə saxlayır.