Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvləri İran İslam Respublikasının İsfahan şəhərində keçirilən "Sarhangpour FIE satellite" beynəlxalq turnirində çıxış edib.
Offsideplus.az xəbər verir ki, kişi sablyaçılarımızdan Saleh Məmmədov ilk "8-liy"ə yüksəlməyi bacarıb. Saleh bürünc medalın bir addımlığında turnirin finalçısı Məhəmməd Rahbariyə (İran) 10:15 hesabı ilə uduzub.
Ən güclü "16-lıq"da yer alan Maqsud Hüseynli 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə Fərzad Baher Arasbarana (İran) 7:15 hesabı ilə məğlub olub.
Ayxan Xasyev və Murad Əkbərov isə ən güclü "16-lığ"a yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzub.