Fransanın paytaxtı Parisdə parataekvondoüzrə Qran-Pri turniri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, sentyabrın 5-də start götürəcək yarışda Azərbaycanı dörd idmançı təmsil edəcək. Baş məşqçi Fərid Tağızadə yetirmələrindən Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq),  Əbülfəz Abuzərli (80 kq) və Röyalə Fətəliyevaya (47 kq) şans verəcək. İdmançıların hamısı K-44 kateqoriyasındadır. 

Qeyd edək ki, turnir Paris-2024 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır. Qaliblər aktivlərinə 60 xalı əlavə edəcək.