Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb.
Offsideplus.az xəbər verir ki, Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan komanda qrupda növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək.
Tbilisidə “Yeni Voleybol Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.
Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.
AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.