Azərbaycan üzgüçüsü Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, Rəşad Alquliyev 400 metr qarışıq üsulla üzmədə bu uğura nail olub.

Qeyd edək ki, ötən gün digər üzgüçümüz Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmədə gümüş medal qazanmışdı.