Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2023-ün təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, yığmamız A qrupunun ilk matçında Bakıda Danimarka komandası ilə üz-üzə gələcək. Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlayacaq. Komandamızın qrupdakı digər rəqibi isə Türkiyə millisidir.

Yığmamızın ev oyunları CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, təsnifat mərhələsində 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ əldə edəcək.