Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev mükafatlandırılıb.

Offsideplus.az xəbər verir ki, baş katib Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında (EYOF) yarışların yüksək səviyyədə keçirilməsinə töhfə verdiyi üçün Avropa Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, A.Əliyev EYOF-un Koordinasiya Komissiyasının üzvüdür.