San Marinoda təşkil olunan 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, B qrupunun lideri kimi  adını ən güclü dördlüyə yazdıran Azərbaycan milli komandası finala vəsiqə uğrunda A qrupunda ikinci yeri tutan Albaniya seçməsi ilə qarşılaşıb. Yığmamız əvvəlki oyunlardakı əldə etdiyi uğurlu nəticənin davamını bu görüşdə gətirə bilməyib. U-18 seçməmiz rəqibinə 56:76 hesabıyla məğlub olublar. 

Digər yarımfinal görüşündə isə Monako və Lüksemburq milliləri üz-üzə gəlib. Birincilər bu oyunda 80:65 hesabıyla qələbə qazanıb.

Qeyd edək ki, iyulun 31-də keçiriləcək final matçında Monako və Albaniya yığmaları qarşılaşacaq. Azərbaycan millisi isə üçüncü yer uğrunda baş tutacaq oyunda Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.