26-28 iyul tarixlərdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan Gənclərin yay düşərgəsi sona çatıb.
Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin yaranmasının 28-ci ildönümü münasibəti ilə 10-16 yaşlı uşaq və yeniyetmələr üçün keçirilən düşərgənin proqramına əsasən, gənclərin müxtəlif sahələr üzrə mütəxəssisləri və Vətən müharibəsi qaziləri ilə görüşləri təşkil edilib. Həmçinin gənclər arasında “Şən startlar” yarışı, intellektual və əyləncəli oyunlar keçirilib.
İştirakçılar Lənkəran Şəhər Heydər Əliyev Mərkəzi, Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyi və Həzi Aslanovun Ev-Muzeyində olub və Azərbaycan tarixində müstəsna xidmətləri olan şəxsiyyətlər haqqında məlumat alıblar.