Basketbol üzrə Azərbaycanın U-18 milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

 Offsideplus.az xəbər verir ki, San Marinoda gənclər arasında keçirilən Avropa çempionatının C divizionunun B qrupunda yer alan komandamız ikinci matçında Cəbəllüttariq seçməsi ilə qarşılaşıb. U-18 yığmamız çətinlik çəkmədən görüşdən qələbə ilə ayrılıb - 115:60.

Qeyd edək ki, milli komanda növbəti matçında Ermənistan yığması ilə üz-üzə gələcək. Görüş bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.