Azərbaycan atleti Anna Skidan ABŞ-ın Oreqon şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

 Offsideplus.az xəbər verir ki, çəkicatma növündə ölkəmizi təmsil edən 30 yaşlı idmançı təsnifat mərhələsində 70,93 m göstərici ilə çıxış etdiyi A qrupunda 5-ci pilləni tutub.

Qeyd edək ki, yarışın final mərhələsi iyulun 17-də baş tutacaq.