Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası baş tutub.
Offsideplus.az xəbər verir ki, toplantıda bəzi idman federasiyaları ilə bağlı qərar verilib. Qurumun mətbuat xidməti bildirir ki, “Azərbaycan Atletika Federasiyası” İB, “Azərbaycan Ağır Atletika Federasiyası” İB, “Azərbaycan Basketbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.
Bundan başqa, "Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası", “Azərbaycan Məktəb İdmanları Federasiyası” İB və “Azərbaycan Karlar İdmanı Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.
Qeyd edək ki, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 20-yə çatıb. Ümumilikdə, 22 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.