Estoniyanın paytaxtı Tallin şəhərində fiqurlu konkisürmə üzrə Avropa çemionatı start götürüb.
Offsideplus.az xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edir.
İlk yarış günündə Vladimir Litvintsev qüvvəsini sınayıb. Qısa proqramda 83,46 xal toplayan konkisürən 7-ci yeri tutub. O, yanvarın 14-də sərbəst proqramda çıxış edəcək.