“Dünənki oyunda etdiyimiz səhvləri bu gün səhər videobaxış zamanı oyunçularıma göstərdim. Təbii ki, çalışdıq bu dəfə həmin səhvləri etməyək. Bəlkə də bunun nəticəsidir ki, birinci hissədə dünənlə müqayisədə daha yaxşı oynadıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Joze Alesia Da Silva Ukraynaya 1:5 hesabı ilə uduzduqları yoldaşlıq oyununu şərh edərkən deyib.

O, matçla bağlı bunları deyib:

"İkinci hissədə gücümüz tükəndi. Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi. Nəticədə səhvlər çoxaldı, adiləşdi. Nəticədə oyunçular daha çox fərdi oyuna üstünlük verdilər. Halbuki biz tapşırıqları kollektiv şəkildə yerinə yetirməli idik. Səhvlər çoxaldıqca, rəqib də bundan maksimum istifadə etdi. Bu da oyun intizamının pozulmasına gətirib çıxardı”.