Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yeni vəzifəyə təyin edilib.

Offsideplus.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, F.Umudov bundan sonra kişilərdən ibarət "Sərhədçi" voleybol klubunun rəhbəri olacaq.

Qeyd edək ki, “Sərhədçi” klubu bu gün start götürən Azərbaycan çempionatında iştirak edir.